Suvarma Sistemləri
Zimmatic’in son modeli 9500, müxtəlif hava, məhsul və sahə şəraitlərinə uyğunlaşmaq üçün nəzərdə tutulmuş bir sistemdir. Su məhsuldarlığının göstəricilərini yüksəldir və geniş məhsul sahələrini əhatə edə bilir.
SUVARMA
SİSTEMLƏRİ
Pivot Suvarma Sistemi (Dairəvi və Yerüstü xətti)
Böyük ərazilər üçün tam avtomatlaşdırılmış həll
* Təyinatı: Taxıl, qarğıdalı, şəkər çuğunduru və yonca kimi geniş sahə bitkilərinin suvarılması.
* Əsas Üstünlükləri:
* Minimum işçi qüvvəsi: Sistem tam avtomatlaşdırılmışdır və uzaqdan idarə oluna bilir.
* Yüksək səmərəlilik: Suyun 90-95% dəqiqliklə sahəyə bərabər paylanması.
* Davamlılıq: Korroziyaya qarşı davamlı sinklənmiş polad konstruksiya.
* Texniki İmkanlar: 10 tondan 500 tona qədər su sərfi, 360 dərəcə dairəvi və ya xətti hərəkət mexanizmi.
Yağışyağdırma Sistemi (Baraban Tipli)
Orta ölçülü təsərrüfatlar, tərəvəz sahələri və müxtəlif hündürlükdə olan bitkilər.
Əsas Üstünlükləri
- Mobillik: Traktor vasitəsilə asanlıqla bir sahədən digərinə daşına bilir.
- Tənzimlənən sürət: Suvarma intensivliyini bitkinin ehtiyacına görə dəyişmək mümkündür.
- Hər növ relyef: Düz olmayan və kələ-kötür ərazilərdə effektiv işləyir.
Komplektasiya
- Yüksək təzyiqlə işləyən su tapançası (sprinkler gun)
- Polietilen boru makarası
Sprinkler (Çiləyici) Yerüsü Sistemləri
Dəqiq və effektiv səthi suvarma
Təyinatı
Kiçik sahələr, sıx əkilmiş tərəvəz plantasiyaları.
Əsas Üstünlükləri
- Təbii yağış effekti: Bitkilərdə su stressini azaldır və yarpaqları tozdan təmizləyir.
- Asan quraşdırma: Modul quruluşu sayəsində hər növ sahəyə uyğunlaşdırıla bilir.
- Qənaət: Suyun buxarlanma itkisini minimuma endirən xüsusi başlıqlar.
Modellər
- Zərbəli başlıqlar
- Fırlanan başlıqlar
- Gizli (pop-up) başlıqlı çeşidlər
İrriqasiya sistemləri
Haqqımızda
NİYƏ BİZ?
Pivot sistemləri dünyada ən müasir və ən səmərəli suvarma sistemləridir. Pivot sistemləri məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sistemlərdən Azərbaycanda əlbəttə ki, təkcə pambıqçılıqda yox, başqa sahələrdə də istifadə olunur və olunacaq. Bu sistemlər böyük dönüş yaradacaq. Azərbaycana ötən illərdə bir çox belə suvarma sistemləri gətirilib və hal hazırda istismar olunmaqdadır. Lakin bu sistemlərin xarici valyuta ilə alınması və daşınması iqtidadi səmərəliliyi azaldır.
BİZİM
AVADANLIQLAR





BİZİM
xəbərlər

Heavy Duty 9500P Pivot Sistemi – Yüksək Möhkəmlik və Uzunömürlü İrriqasiya Həlli
• Heavy Duty 9500P Pivot Point, daha qalın və güclü ayaqlarla və əlavə çarpaz dayaqlarla gücləndirilmiş 9500 standart pivot nöqtəsinin möhkəmləndirilmiş versiyasıdır.• Heavy Duty 9500P

Suvarmanın qızıl qaydası
Yay aylarında əlbətdəki bitkiləri sulamaq lazımdır, əks halda onlar solmağa və qurumağa başlayacaqlar. Amma nə zəman və necə suvarmaq lazımdır?10 faydalı məsləhət topladıq ki, sizə

Suvarma və meliorasiya
Ölkənin təbii-iqlim şəraiti kənd təsərrüfatı bitkilərinin bütün il ərzində əkilib becərilməsinə imkan versə də torpaq fondunun 52,4 faizi kənd təsərrüfatına yararlıdır ki…
BİZİMLƏ
ƏLAQƏ
ƏLAQƏ
- Azərbaycan, İmişli rayonu, Şahverdili kəndi
- (+99450) 271-82-91
- [email protected]